25 baxış
Bu yazını paylaşın
Siyasi

Aİ və UNDP Azərbaycanda sosial sahibkarlığın inkişafını dəstəkləyir

12 Aprel 2022

Azərbaycanda sosial sahibkarlığın inkişafı proqramına dəstək məqsədilə Avropa İttifaqı (Aİ) və BMT İnkişaf Proqramı (UNDP) arasında müzakirələr davam etdirilir.

“TELEJURNAL” “Report” a istinadən xəbər verir ki, UNDP-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Suhrob Hocimatov və Sosial sahibkarlıq üzrə beynəlxalq ekspert Lana Lovaşiçin iştirak etdiyi bugünkü tədbirdə Azərbaycanda sosial sahibkarlıqla bağlı əsas çağırışlar və problemlərin həlli müzakirə olunub.

UNDP-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Suhrob Hocimatov çıxışı zamanı sosial-iqtisadi problemlərin həllində, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə olunmasında sosial sahibkarlığın dəyərli rola malik olduğunu vurğulayıb.

“Bu layihənin bir parçası olmaqdan məmnunam. İşsizlərə və imkanları məhdud olan şəxslərə kömək etmək istəyirik. DİM mütləq nəzərə alınmalıdır, çünki onlar olmadan uğur əldə etmək çətindir. Bu məqsədlərin əldə olunmasında dövlətin, cəmiyyətin və özəl biznesin iştirakı vacibdir. İnklüziv inkişaf üçün uzunmüddətli inkişafı təmin etmək məqsədilə müəyyən resurslar tələb olunur”, -S.Hocimatov deyib.

Onun sözlərinə görə, UNDP Azərbaycanda sosial sahibkarlığı bundan sonra da dəstəkləməyə, ölkədə insanların həyat səviyyəsini yaxşılaşdıracaq məsələləri müzakirə etməyə hazırdır.

Ekspert L.Lovaşiç tədbirin sahibkarların mövqeyini öyrənmək üçün keçirildiyini vurğulayıb: “Hər kəsin iştirak edəcəyi proses yaratmalıyıq. Onların problemlərini tam şəkildə anlamaq üçün SWOT təhlilindən istifadə edəcəyik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…