30 baxış
Bu yazını paylaşın
Siyasi

Aİ üzv ölkələrin vətəndaşlarını Nigerdən təxliyə edir

02 Avqust 2023

Avropa İttifaqı üzv ölkələrin vətəndaşlarını Nigerdən təxliyə etmək qərarına gəlib, burada yalnız Avropa Komissiyasının humanitar yardım məsələləri ilə məşğul olan nümayəndə heyəti qalacaq.

TELEJURNAL   xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel bildirib.

O xatırladıb ki, Brüssel Nigerə bütün büdcə dəstəyini və bu ölkə ilə təhlükəsizlik sahəsində əməkdaşlığı artıq məhdudlaşdırıb.

“Biz Avropa ölkələrindən olan insanları Nigerdən repatriasiya etmək qərarına gəldik və artıq bu əməliyyatı həyata keçiririk. Avropa Komissiyasının humanitar yardımla məşğul olan qrupları hələlik öz yerindədir. Onlar qonşu ölkələrdən olan həmkarları ilə birlikdə yerində qalacaqlar”, – Borel yazıb.

O, həmçinin Nigerdəki çevriliş nəticəsində hakimiyyətə gələn qüvvələri Aİ-nin heç vaxt tanımayacağını bir daha açıqlayıb.

Borel hakimiyyətdən uzaqlaşdırılan prezident Mohamed Bazum ilə işi davam etdirmək üçün Nigerə yenidən səfər edə biləcəyini ümidvar olduğunu vurğulayıb.

Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…