28 baxış
Bu yazını paylaşın
Siyasi

Aİ Ukraynaya “Zuzana” artilleriya qurğularını tədarük etməyə başlayıb

01 Avqust 2023

Avropa İttifaqı (Aİ) Ukraynaya 2 ədəd “Zuzana-2” özüyeriyən artilleriya qurğusu təhvil verib.

TELEJURNAL  xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Lüdovit Odor məlumat yayıb.

Onun sözlərinə görə, sülh üçün Ukraynaya yardım davamlı olmalıdır.

Ukraynaya daha 14 “Zuzana”nın təhvil veriləcəyi gözlənilir. Bundan əlavə, Slovakiya Ukrayna üçün “Zuzana-2” özüyeriyən artilleriya qurğuları istehsal edəcək. Artıq hər iki ölkə arasında bununla bağlı imzalanmış müqavilə təsdiqlənib.

Qeyd edək ki, bu texnikalar ilk dəfədir Ukraynaya tədarük edilir.

Xatırladaq ki, “Zuzana-2” özüyeriyən silahlar 155 mm-lik topla təchiz edilib və 41 kilometrə qədər məsafədə atəş açmaq qabiliyyətinə malikdir. O, 1 dəqiqədə 6 atəş həyata keçirə bilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…