26 baxış
Bu yazını paylaşın
Dünya

Aİ Ukraynaya silah alınması üçün daha 500 milyon avro ayırıb.

21 İyul 2022

Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan 500 milyon avroluq beşinci tranşın Ukraynaya ayrılması ilə bağlı yekun qərar qəbul edib.

TELEJURNAL. az  Report-a istinadən  xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

“Ukrayna üzrə Təmas Qrupunun nazirlər səviyyəsində keçirilən iclasında Aİ-yə üzv ölkələr Ukrayna silahlı qüvvələrinə gələcək dəstək üçün 500 milyon avro həcmində hərbi yardımın beşinci tranşını səfərbər etmək barədə razılığa gəliblər”, – o deyib.

Vəsaitin ayrılması ilə bağlı siyasi razılıq mayın 18-də Aİ xarici işlər nazirlərinin görüşündə əldə olunub.

Beləliklə, Aİ 2022-ci ilin martından Kiyevə hərbi yardım üçün artıq 2,5 milyard avro ayırıb. Bu pul Ukraynaya silah tədarük edən Aİ ölkələrinə kompensasiya kimi istifadə olunur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…