26 baxış
Bu yazını paylaşın
Dünya

Aİ Ukraynadan elektrik enerjisi idxalını iki dəfə artırmağa hazırlaşır.

27 İyul 2022

Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə Ukrayna elektrik enerjisinin idxalını iki dəfə artırmaq niyyətindədir.

TELEJURNAL.az Report-a istinadən xəbər verir ki, bu barədə “RBC-Ukraina” Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun bəyanatına istinadən xəbər verir.

Onun sözlərinə görə, Aİ diqqəti müharibə şəraitində Ukraynanın elektrik və qaz təchizatı sistemlərinin səmərəliliyinin təmin edilməsinə yönəldib.

“Elektrik və qazın axınının davam etməsi faktı Ukraynanın energetika sektorunda çalışanların qeyri-adi qətiyyətinə və öhdəliyinə dəlalət edir”, – o deyib.

O, həmçinin vurğulayıb ki, 2022-ci ilin martında Ukraynanı rekord sürətlə Avropa şəbəkəsi ilə sinxronlaşdırmaq mümkün olub.

“İlk transsərhəd kommersiya enerji mübadiləsi iyunun sonunda Rumıniya, ardınca iyulda Slovakiya ilə başladı. Ticarət gücü hazırda 100 MVt ilə məhdudlaşdırılıb, lakin Avropanın elektrik enerjisi üzrə şəbəkəsi bu həftə bir araya gələrək bu məbləği iki dəfə artırmağa hazırlaşır”, – Simson əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…