266 baxış
Bu yazını paylaşın
Siyasi

Aİ səfiri: “Şərq Tərəfdaşlığı” proqramı əməkdaşlıq üçün vacib platformadır”

14 Mart 2022

“Şərq Tərəfdaşlığı” proqramı əməkdaşlıq üçün vacib platformadır”.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, bunu ADA Universitetində “Şərq Tərəfdaşlığı” proqramının fəaliyyətinə həsr olunmuş tədbirdə çıxış edərkən Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib.

O deyib ki, hazırkı şəraitdə bu proqrama daxil olan ölkələr arasında münasibətləri inkişaf etdirmək üçün potensial mövcuddur: “Ötən ilin dekabr ayında keçirilmiş “Şərq Tərəfdaşlığı” zirvə görüşü Aİ ilə tərəfdaş ölkələr arasında strateji əməkdaşlıq sahəsində dəyişikliklərə səbəb olub. Belə ki, zirvə görüşü zamanı Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramına 2 milyard avrodan çox vəsait ayırmaq niyyətində olduğu açıqlanıb”.

Onun sözlərinə görə, hazırda proqramın əsas diqqəti Ukraynanın dəstəklənməsinə ayrılıb: “Biz bu çətin günlərdə Ukraynanı dəstəkləyir və Rusiyanı işğalçılıq fəaliyyətini dayandırmağa və Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırırıq”.

Səfir Azərbaycan ilə əməkdaşlıq çərçivəsində Aİ-nin tələblər üçün “Erasmus mundus”, “Erasmus+” və digər proqramlar təklif etdiyini, tvininq layihələri həyata keçirdiyini vurğulayıb.

“Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan Aİ investisiya baxımından vacib mənbədir”, – P.Mixalko diqqətə çatdırıb.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramına 2009-cu ildə start verilib. Onun əsas məqsədi 6 ölkə – Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığı inkişaf etdirməkdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…