58 baxış
Bu yazını paylaşın
Dünya

Aİ Rusiyaya qarşı sanksiyaların uzadılmasını təsdiqləyib

14 Mart 2023

 

Avropa İttifaqı (Aİ) Xerson vilayətinin qubernatorunun vəfat etmiş müavini Kirill Stremousovu siyahıdan çıxararaq, Rusiya əleyhinə sanksiyalar siyahısının növbəti altı ay uzadılması ilə bağlı qərarını qüvvəyə mindirib.

 

TELEJURNAL  xəbər verir ki, bu barədə Aİ Şurasının müvafiq qərarı çərşənbə axşamı İttifaqın rəsmi jurnalında dərc olunub.

“Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və təhdid etməkdə davam edən hərəkətləri nəzərə alaraq, Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar haqqında qərarı daha altı ay müddətinə uzadılmalıdır”, – sənəddə deyilir.

Stremousovdan başqa, Dövlət Dumasının vəfat etmiş deputatı Nikolay Petrun və “Komsomolskaya Pravda”nın rəhbəri Nikolay Sunqork də qara siyahıdan çıxarılıb.

Bundan əvvəl Aİ Donetsk və Luqansk “Xalq Respublikaları”nın, eləcə də Xerson və Zaporojye vilayətlərinin statusunun 2022-ci ildə dəyişdirilməsi ilə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyaların müddətini 24 fevral 2024-cü ilə qədər uzadıb.

Avropa İttifaqı 2014-cü ilin martında Rusiya üçün qara siyahı yaratmağa başlayıb və onu hər altı aydan bir altı ay müddətinə uzadıb. Bu siyahıda olan bütün şəxslərin ittifaq ərazisinə daxil olması qadağandır, onların Aİ-dəki maliyyə aktivləri dondurulur və Avropa bizneslərinə onlarla hər hansı əlaqə saxlamaq qadağandır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…