158 baxış
Bu yazını paylaşın
Siyasi

Aİ-nin Ermənistandakı müşahidə missiyasının mandatı başa çatıb

20 Dekabr 2022

Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası bu gün fəaliyyətini başa vurub.

TELEJURNAL xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası oktyabrın 17-də keçirilmiş iclasında Cənubi Qafqaz regionunda vəziyyətin monitorinqi, təhlili və hesabatının təqdim edilməsi məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Avropa İttifaqının 40-a yaxın monitorinq eksperti yerləşdiriləcəyi barədə qərar qəbul edib. Monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox davam etməyəcək. Bu qərar Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş dördtərəfli görüşdən sonra verilib. Məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasının, etimadın yaradılmasının təmin edilməsi, həmçinin iki ölkə arasında beynəlxalq sərhədlərin delimitasiyası proseslərinin asanlaşdırılmasıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…