49 baxış
Bu yazını paylaşın
Dünya

Aİ-nin ali nümayəndəsi Azərbaycan və Ermənistan XİN başçıları ilə danışıqlar aparıb

13 Noyabr 2020
Aİ-nin ali nümayəndəsi Azərbaycan və Ermənistan XİN başçıları ilə danışıqlar aparıb

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell cümə axşamı 12 noyabr tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə telefon danışığı aparıb.

Bu barədə “Report”a Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Hər iki telefon danışığında ali nümayəndə, vitse-prezident döyüşlərin dayandırılmasının münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərin göstərilməsinə imkan verəcəyinə və insanların daha çox əziyyət çəkməsinə yol verməyəcəyinə ümid etdiyini bildirib. O, münaqişənin təsirinə məruz qalmış mülki əhalinin ehtiyaclarını ödəmək üçün Aİ-nin əlavə humanitar yardım göstərməyə hazır olduğunu və artıq 1 milyon avroya yaxın fövqəladə yardımın ayrıldığını vurğulayıb.

Vitse-prezident müvafiq olaraq hər iki xarici işlər naziri ilə Rusiyanın vasitəçiliyi ilə 9 noyabrda Ermənistan və Azərbaycan tərəfindən razılaşdırılan atəşkəs razılaşmasını müzakirə etdi. Josep Borrell hər şeydən əvvəl hər iki tərəfin atəşkəsə tam şəkildə hörmətlə yanaşıb onu həyata keçirməli olduğunu vurğulayıb. Bu əsasda münaqişənin danışıqlar yolu ilə hərtərəfli və davamlı olaraq həll edilməsi üçün bu, ilk addım ola bilər. Ali nümayəndə hər iki nazirə sülhün qurulması və barışığın vacibliyini, bu baxımdan da beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etməyin, mədəni irsin qorunmasının və yerli icmalar üçün onun dəyəri və əhəmiyyətinin vacibliyini vurğulayıb.

J.Borrell Aİ-nin ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərlik etdiyi formatı dəstəkləməyə davam edəcəyini vurğulayıb. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi və Aİ nümayəndəlikləri daxil olmaqla, Avropa İttifaqının və şəxsən özünün bütün Cənubi Qafqaz bölgəsində davamlı sülhə və ölkələrin firavan inkişafına aparan bu səylərə və razılaşmaların həyata keçirilməsinə töhfə verməyə hazır olduğunu təkrarlayıb.

Ali nümayəndə Aİ-Ermənistan Tərəfdaşlıq Şurası və Aİ-Azərbaycan Əməkdaşlıq Şurası ərəfəsində hər iki nazirlə əlaqə saxlayacağını səbirsizliklə gözlədiyini bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…