48 baxış
Bu yazını paylaşın
Siyasi

“Aİ ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub”

04 Fevral 2022

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub”.

“TELEJURNAL” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair birgə bəyanatın imzalanmasından 10 ildən artıq müddətin keçdiyini qeyd edib. Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə həyata keçirilən əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu və bunun Cənub Qaz Dəhlizi çərçivəsində də davam etdirildiyini bildirib. Bu layihənin birgə əməkdaşlıq və əlaqələndirmə şəraitində uğurla başa çatdırıldığını deyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…