27 baxış
Bu yazını paylaşın
İctimai

AGİN-in yaranmasının ildönümü münasibətilə Heydər Əliyevin məzarı ziyarət olunub.

26 İyul 2022

Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) yaranmasının 28-ci ildönümü münasibətilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub.

Nazirliyin Mətbuat Xidmətindən TELEJURNAL. az Report-a istinadən xəbər verir ki, nazir Fərid Qayıbov və AGİN-in digər əməkdaşları məzarın qarşısına əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.

Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin məzarları ziyarət olunub, əbədi məşəl abidəsi önünə əklil qoyulub.

Nazirliyin əməkdaşları əlamətdar gündə “Ümid yeri” uşaq sığınacağını və ahıl şəxslər üçün sosial xidmət müəssisəsini də ziyarət ediblər. Hər iki sosial yönümlü mərkəzin sakinləri ilə görüş zamanı onlara nazirliyin hədiyyələri təqdim edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…