50 baxış
Bu yazını paylaşın
Uncategorized

Ağdaş, Bərdə və Ağdamdan olan COVID-19 xəstələri Mingəçevirdə saxlanılıblar

02 Dekabr 2020

Mingəçevir şəhərinin giriş hissəsində qurulan karantin postunda xidmət aparan polis əməkdaşları şəhərə daxil olmağa çalışan aktiv koronavirus xəstələri aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, COVID-19 testlərinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin olunan Ağdam rayon sakini Şahlar Yaqubov, Ağdaş rayon sakini Kəmalə Əhmədzadə və Bərdə rayonu sakini Xalid Məmmədov qaydaları pozaraq yaşadıqları ünvanları tərk ediblər. Onlar Mingəçevir şəhəri ərazisinə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqları rayonlarda qeydiyyatda olduqları ünvanlara geri göndəriliblər.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…