44 baxış
Bu yazını paylaşın
İqtisadi

Ağdamlı fermer: Düşmənin təxribatları əlimizi işdən soyutmur

06 Noyabr 2020

 

Bu barədə Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri cəbhəyanı yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir. Təhlükəli olsa da, cəbhəyanı kəndlərdə yaşayan sakinlər əlini işdən soyutmur. Çünki ön cəbhədən gələn xəbərlər – ordumuzun əldə etdiyi uğurlar, uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi onları işə daha da ruhlandırır.

Ağdam rayonunun Mərzili kəndi işğal olunduqdan sonra Behbudovlar ailəsi Ergi düzündə məskunlaşıb. Əvvəllər heyvandarlıqla məşğul olan ailə dövlətimiz tərəfindən ərazidə subartezian quyuları qazıldıqdan sonra əkinçiliyə başlayıb.

Behbud Behbudov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, bu mövsüm 2,5 hektarda soğan becərsə də, ermənilərin sentyabrın 27-dən başlayaraq ərazini atəşə tutması səbəbindən məhsulu yığa bilməyib. Azərbaycan ordusunun uğurlarını və düşmənin hərbi mövqelərinin məhv edildiyini bildikdən sonra sahədə qalan məhsulunu yığmağa başlayıb.

“Düşmən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Lakin bu, bizi qorxutmur. Görürsünüz, bütün ailəmiz evdədir, işimizdəyik, məhsulumuzu yığırıq. Yaxın günlərdə məhsul yığımını başa çatdıracağıq. Artıq növbəti əkin üçün hazırlıq işlərinə də başlamışıq. Bilirik ki, bizdən qabaqda müzəffər ordumuz var. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, işğal altında olan torpaqlarımızı azad edir. Düzdür, vaxtında yığmadığımız üçün becərdiyimiz məhsulun bir hissəsi zay olub. Lakin bu, bizi məyus etmir. Əminik ki, Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində bizim kəndimiz də tezliklə işğaldan azad ediləcək və biz doğma yurdumuza qayıdacağıq. Sevincli və qürurluyuq, qələbəyə böyük inamımız var”, – deyə Behbud Behbudov deyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…