19.10.2024 11:29:25
167 baxış
Bu yazını paylaşın
İctimai

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub

30 Yanvar 2021

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən fəaliyyətə başlayıb.

Telejurnal.az Trend-ə istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Qeyd edək ki, mərkəzin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti və yaşayış otaqları var. Bütün otaqlar zəruri avandanlıqlarla təmin olunub.

Həmçinin mərkəzdə brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, dərzi və mağaza da var. Ərazidə generator, avtomobil dayanacağı, iki ədəd idman şəhərciyi, ərzaq və soyuducu anbarlar yerləşir.

Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsi Azərbaycan ordusu tərəfindən həyata keçirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…
Back To Top