116 baxış
Bu yazını paylaşın
İctimai

Ağdam rayonuna mediatur təşkil olunub

20 Noyabr 2021

Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Ağdam rayonuna mediatur təşkil edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, media nümayəndələri bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən, həmçinin Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar.

Hərbi qulluqçular torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər.

Mediatur çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli hərbi hissələrdə yaradılan yataqxana, tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə yaxından tanış olublar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…