22 baxış
Bu yazını paylaşın
Siyasi

Ağdaban sakini: “Ermənilər atam və qardaşımı öldürüb, bibimi və yoldaşını isə yandırıblar”

07 Aprel 2022

“Nə qədər yaxşı yaşasaq da, qəlbimizdə hər zaman bir qırıqlıq, gözükölgəliyimiz qalırdı. İnsanlığı olmayan, qaniçənlərin yanında başıaşağı olurduq. Onlar elə bir məxluq idi ki, öldürdükləri meyitdən də qisas alırdılar. 30 il bundan əvvəl yaşadığımız hadisələr, tökülən qanlar, qışqırtılar, ağlaşmalar, evlərin yandırıldığı xatirələrimizdə çox pis qalıb”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu Kəlbəcərə ezam olunmuş müxbirinə açıqlamasında Ağdaban kənd sakini Qərənfil Bağırova bildirib.

Doğma yurduna 30 ildən sonra səfər edən Q.Bağırova Ağdabadan gənc yaşlarında çıxdığını deyib:

“Hər zaman ermənilərlə çəkişmələrimiz olub. İlk hadisələr Xocalıda, ikinci faciə isə Ağdabanda qeydə alındı. Səhər işə gedənə, qapıya çıxana atəş açdılar. Kimi qapıda gördülərsə öldürürdülər. Kəşfiyyatçı olan atam və qardaşımı erməni öldürüb. Bibimi və yoldaşını isə yandırıblar.

Heç vaxt düşünməzdim ki, uzun müddətdən sonra Ağdabana qayıdacam. Prezidentimiz İlham Əliyev hər zaman qürurla deyirdi ki, torpaqlar qayıdacaq. Qoca olduğum üçün ümidimi üzmüşdüm. Amma dövlət başçımız sağ olsun ki, bu həsrətimizə son qoydu. Bu günümüzə görə çox şükür edirəm. Sevincliyəm ki, doğma yurdumuza gəlmişəm, insanları gülərüz gördüm. Sanki yaramıza məlhəm qoyulub”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…