33 baxış
Bu yazını paylaşın
İctimai

Ağcabədidə silahlar və narkotik tərkibli bitki aşkarlanıb

19 İyun 2023

Ağcabədidə silahlar və narkotik tərkibli bitki aşkalanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri ilə silah-sursat satmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvələr məhkum olunmuş Zahid Abdullayev saxlanılıb.

O, Ağcabədi rayon ərazisinə gəldikdən sonra özü ilə gətirdiyi “Kalaşnikov-AKMS” markalı silahı və 4 ədəd patronu satmaq istəyərkən polis əməkdaşları tərəfindən müəyyən edilərək şöbəyə gətirilib. Şöbədə onun çantasına baxış keçirilən zaman həmin silah-sursat maddi sübut kimi aşkar olunaraq götürülüb.

Bundan əlavə, digər tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan 10 ədəd ov tüfəngi də aşkar edilərək götürülüb.

Keçirilən başqa bir əməliyyat zamanı isə narkotik tərkibli çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Xəyal Məhərrəmov da saxlanılıb. Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluqla yetişdirilmiş çətənə bitkiləri aşkar edilib.

Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…