49 baxış
Bu yazını paylaşın
İctimai

Ağalı kəndinin sakinləri yaradılan şəraitdən məmnundurlar

02 Avqust 2022

Zəngilan rayonunun Ağalı kəndinin sakinləri artıq 10 gündən çoxdur ki, doğma yurd-yuvalarına qayıtmağın sevincini yaşayırlar.

TELEJURNAL xəbər verir ki, 200-dən çox keçmiş məcburi köçkün yeni evlərində təsərrüfat işləri ilə məşğul olmaqla yaradılmış şəraitə uyğunlaşma dövrü keçirlər.

2022-ci il iyulun 23-də “ağıllı kənd”ə üçüncü köç karvanı ilə gəlmiş Namil Orucovun ailəsi Ağalıda onlar üçün yaradılan şəraitdən, qurulan infrastrukturdan razılıq edir və doğma kəndlərinə qayıtmaqdan məmnunluq hissi keçirdiklərini bildiriblər. Ailə başçısı Namil bütün bunlara görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, qüdrətli Azərbaycan Ordusuna, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduğunu bildirib.

Xatırladaq ki, Zəngilan rayonu, Ağalı kənd ərazisində “ağıllı kənd” konsepsiyası çərçivəsində yenidən inşa edilən 41 mənzil iyulun 19-25-də keçmiş sahiblərinin ixtiyarına verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…