192 baxış
Bu yazını paylaşın
İctimai

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə təşəbbüsü ilə Zəngilan rayonunun Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib.

Bu barədə   FHN-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə hər üç rayonun ərazisində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, eləcə də müxtəlif şirkətlərin rəhbər şəxsləri iştirak edib. Toplantıda Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazisində baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması və yanğınlarla birgə mübarizə aparılması yolları, eləcə də FHN-in vəzifələrinə aid olan dağ-mədən və tikintidə təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparılıb.

Eyni zamanda müzakirələr zamanı ərazidə fəaliyyət göstərən şirkətlər və onların əməkdaşlarının yanğın təhlükəsizliyi qaydaları üzrə hazırlıq səviyyəsinin artırılması istiqamətində maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

“Azərbaycan Dəmir Yolları” sərnişin daşınmasını 51 % artırıb

04 Avqust 2023
Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 3…