374 baxış
Bu yazını paylaşın
İqtisadi

® “Ağ Şəhər” layihəsinin möhtəşəm yaşayış kompleksi – “Twin Towers”

25 Yanvar 2022

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, son zamanlar Bakı şəhərində ən diqqətçəkən layihələrdən biri də “Bakı Ağ Şəhər” şəhərsalma layihəsidir.

Beynəlxalq mükafatların qalibi olmuş “Bakı Ağ Şəhər” haqlı olaraq şəhərsalma sahəsində dünyanın ən görkəmli layihələrindən biri hesab olunur. Bu şəhər kompleksi nəinki müasir və rahat binaları ilə, həmçinin öz səmərəliliyi ilə gözəl təsir bağışlayır.

Bu layihəyə özünəməxsus gözəllik bəxş edən “Bobo Contruiction” tərəfindən inşası həyata keçirilən “Twin Towers” yaşayış kompleksi dəniz səviyyəsindən 25 metr yüksəklikdə, “Ağ şəhər”in tam mərkəzində yerləşir. Sözügedən layihənin mənzillərindən Bayraq meydanına, sahilyanı əraziyə, Bakı buxtasına və dənizə ecazkar mənzərə açılır.

Kompleksin 293 avtomaşınlıq yeraltı dayanacağı var və yeraltı parkinqdən liftlə cıxış təmin ediləcək. Ən müasir texnologiyalar əsasında hazırlanmış 2 ədəd yükqaldırma, sərnişin və 1 ədəd xidməti lift quraşdırılacaq. Mərtəbələr arası pilləkənlər və pilləkən meydançaları mərmərlə üzlənəcək. Bütün mənzillərdə tavanın hündürlüyü 3,45 metr olaraq layihələndirilib. Kompleks 24 saat su təchizatı və ehtiyat su çənləri ilə də təmin ediləcək. Elektrik təminatı mərkəzləşdirilmiş formada həyata keçiriləcək və kompleks generatorla da təchiz olunacaq. Binalarda qazlaşdırma olacaq və istilik sistemi üçün fərdi kombi şəbəkəsi quraşdırılacaq. Rəqəmsal TV, internet, telefon, yanğın təhlükəsizliyi sistemi, 24 saat mühafizə və müşahidə kameraları, mərtəbələrdə kondisionerlərin xarici bölmələri, həmçinin kombi üçün ventilyasiya olunan xüsusi servis eyvanları, hər mərtəbəyə çıxışı olan və özuyuyulan müasir zibil borusu da kompleksin üstünlüklərindəndir.

Məktəb, ticarət, müasir idman salonu, spa və digər istirahət yerləri isə “Twin Towers” yaşayış kompleksinin bir addımlığındadır. Kompleksdən çıxaraq 8 Noyabr, Babək, Neftçilər və Heydər Əliyev prospekti ilə şəhərin istənilən nöqtəsinə rahat çata bilərsiniz.

Xatırladaq ki, Bakı Metropoliteninin “Xətai” stansiyası da şəhərin istənilən hissəsinə getmək üçün böyük üstünlük verir. Hazırda metronun tikintisi həyata keçirilən “Yaşıl xətt”i üzərində olan stansiyalardan biri də Ağ Şəhərdə yerləşəcək.

“Twin Towers” yaşayış kompleksində mənzillər müasir tələblərə uyğun şəkildə layihələndirilib. Mənzillər böyük hollar, işıqlı qonaq otaqları, geniş mətbəxlər, rahat yataq və vanna otaqlarından ibarət olacaq.

https://azertag.az/xeber/_Ag_Seher_layihesinin_mohtesem_yasayis_kompleksi___Twin_Towers-1985882

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…