66 baxış
Bu yazını paylaşın
Dünya

Ağ Ev: KXDR-in raket buraxılışı regionda sabitliyin pozulması riskini artırır

14 Aprel 2023

Vaşinqton administrasiyası hesab edir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən həyata keçirilən raket buraxılışı regionda sabitliyin pozulması riskini artırır. ABŞ hesab edir ki, Pxenyan dərhal bu cür sınaqları dayandırmalı və diplomatik əməkdaşlığa başlamalıdır.

TELEJURNAL  xəbər verir ki, bu mövqe çərşənbə günü Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) mətbuat xidmətinin rəhbəri Adrianne Vatson tərəfindən açıqlanan yazılı bəyanatda öz əksini tapıb.

“ABŞ Şimali Koreyanın uzaqmənzilli qitələrarası ballistik raket sınağını qətiyyətlə pisləyir. ABŞ Prezidenti Co Bayden və onun milli təhlükəsizlik üzrə köməkçilərindən ibarət komanda müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx koordinasiyada vəziyyəti qiymətləndirir.  Şimali Koreya artıq BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini kobud şəkildə pozaraq gərginliyi və regionda təhlükəsizlik vəziyyətinin sabitliyini təhlükə altına düşmə riskini lazımsız şəkildə artırır”, – deyə bəyanatda qeyd edilib.

“Bu hərəkətlər yalnız onu göstərir ki, KXDR qeyri-qanuni kütləvi qırğın silahlarına və ballistik raket proqramlarına öz xalqının rifahından daha çox üstünlük verməkdə davam edir. Biz bütün ölkələri bu pozuntuları pisləməyə və KXDR-i sabitliyi pozan hərəkətlərini dayandırmağa, həmçinin onu ciddi dialoqa başlamağa çağırırıq. Diplomatiyaya açılan pəncərə bağlanmayıb, lakin Pxenyan sabitliyi pozan hərəkətlərini dərhal dayandırmalı və bunun əvəzinə diplomatik fəaliyyətə üstünlük verməlidir. Əks halda, ABŞ öz ölkəsi, Koreya Respublikası və Yaponiyanın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək” , – Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı vurğulayıb.

“Biz Şimali Koreyanın ballistik raket buraxılışından xəbərdarıq və müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələr aparırıq. Bizim qiymətləndirməmiz hərbi personal, ABŞ ərazisi və ya müttəfiqlərimiz üçün dərhal təhlükə yaratmasa da, buraxılış Şimali Koreyanın qeyri-qanuni kütləvi qırğın silahlarının və ballistik raket proqramlarının sabitliyi pozan təsirini göstərir. ABŞ-ın Koreya Respublikası və Yaponiyanın müdafiəsi ilə bağlı öhdəliyi sarsılmaz olaraq qalır”,  – deyə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığı bildirib.

Bundan əvvəl Yaponiya hökuməti Şimali Xokkaydo prefekturasının sakinlərini KXDR tərəfindən raket hücumu təhlükəsi ilə əlaqədar təcili olaraq binalara, yeraltı metro stansiyalarına və sığınacaqlara sığınmağa çağırıb. Bu gün xəbərdarlıq ləğv edilib.

Yaponiya rəsmiləri həmçinin bildiriblər ki, Şimali Koreya raketi Yaponiyanın ərazi sularından və eksklüziv iqtisadi zonasından kənara düşüb, ölkəyə heç bir ziyan qeydə alınmayıb.

Yaponiya Müdafiə Nazirliyi hesab edir ki, Pxenyanın buraxdığı raket qitələrarası olub. KXDR-in buraxılışı bu il artıq 12-ci olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…