29 baxış
Bu yazını paylaşın
Dünya

Ağ Ev: Defolt təhlükəsinə görə Baydenin xarici səfərinin bir hissəsi ləğv edilib

17 May 2023

ABŞ administrasiyası təsdiq edib ki, ABŞ prezidenti Co Bayden ölkədə defolt təhlükəsi səbəbindən qarşıdakı xarici səfərinin bir hissəsini ləğv etmək qərarına gəlib.

TELEJURNAL xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin mayın 16-da yaydığı yazılı açıqlamada deyilir.

“Prezident Bayden Konqres rəhbərliyi ilə yenidən əlaqə qurmaq və defoltdan yayınmaq üçün son tarixdən əvvəl hərəkətə keçməsini təmin etməklə bağlı G-7 sammitinin sonunda ABŞ-a qayıdacaq”, – deyə Jan-Pyer bildirib.

Bundan əvvəl Baydenin bu həftənin sonunda Xirosimada keçiriləcək G-7 liderlərinin görüşündə iştirak edəcəyi, daha sonra isə Papua-Yeni Qvineya və Avstraliyaya səfər edəcəyi güman edilirdi.

Jan-Pyerin sözlərinə görə, Bayden Avstraliyanın baş naziri Entoni Albanese qərar barədə məlumat vermək üçün telefon danışığı aparıb. “O, həmçinin baş naziri hər iki liderin komandaları tərəfindən daha sonra razılaşdırılacaq vaxtda dövlət səfərinə dəvət edib”, – deyə Ağ Evin nümayəndəsi bildirib. Onun sözlərinə görə, Baydenin müşavirləri Papua-Yeni Qvineya hökumətini planların dəyişdirilməsi ilə bağlı məlumatlandırıblar.

Jan-Pyer qeyd edib ki, Demokrat Bayden defoltdan yxa qutarmaq üçün ölkədə milli borc tavanını qaldırmağa görə ABŞ Konqresindəki Respublikaçılardan konstruktiv qarşılıqlı əlaqə tələb edir. “Prezident və onun komandası prezidentin masasına çata biləcək, yəni bütün tərəflər üçün məqbul olan büdcə razılaşmasına nail olmaq üçün Konqres rəhbərliyi ilə işləməyə davam edəcək”, – deyə mətbuat katibi bildirib.

O, əlavə etdi ki, Baydenin tur çərçivəsində Sidneydə sammiti keçirilməli olan “QUAD” (Dördtərəfli Təhlükəsizlik Dialoqu (Avstraliya, Hindistan, ABŞ, Yaponiya)) kimi ittifaqları və tərəfdaşlıqları canlandırmaq Amerika administrasiyasının hazırkı rəhbəri üçün “əsas prioritet” olaraq qalır. Ağ Evin sözçüsü bildirib ki, ABŞ bu il Avstraliya, Papua Yeni Qvineya, Okeaniya və “QUAD” çərçivəsində əlaqələri gücləndirmək yollarını axtaracaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…