32 baxış
Bu yazını paylaşın
Dünya

Ağ Ev: Baydenlə Si Szinpin arasında danışıq mövzusu Ukrayna və Tayvan olacaq.

27 İyul 2022

Rusiyanın Ukraynaya hücumu və Tayvanla bağlı gərginlik ABŞ Prezidenti Cozef Baydenlə Çin Xalq Respublikasının lideri Si Szinpin arasında bu həftə gözlənilən telefon danışığında diqqət mərkəzində olacaq.

TELEJURNAL. az Report-a istinadən verdiyi məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının baş nümayəndəsi Con Kirbi bildirib.

Telefon danışığında iki ölkə arasındakı iqtisadi rəqabətin idarəçiliyinə də toxunulması gözlənilir.

O, qeyd edib ki, Tayvanla bağlı gərginlikdən tutmuş Ukraynadakı müharibəyə qədər hər şey və iki ölkə arasındakı rəqabət, xüsusən də iqtisadi sahədə mübarizə danışıqlar mövzusu olacaq.

Bu, iki lider arasında beşinci telefon danışığı olacaq.

İyulun 21-də məlum olub ki, ABŞ Prezidenti Cozef Bayden çinli həmkarı Si Sxinpinlə qarşıdakı on gün ərzində telefonda danışacağını gözləyir. ABŞ dövlət başçısı qeyd edib ki, çinli həmkarı ilə ikitərəfli və regional məsələləri müzakirə edəcəklər. Bayden həmçinin bildirib ki, ABŞ hərbçilərinin fikrincə, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana planlaşdırılan səfəri pis ideyadır, çünki hazırda Pekinin iddia etdiyi adaya getməyə dəyməz.

Qeyd edək ki, daha əvvəl Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı “güclü tədbirlər” elan edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…