19 baxış
Bu yazını paylaşın
Siyasi

Ağ Ev: “ABŞ Tehranla İranın nüvə sazişini müzakirə etmir”

21 İyun 2023

“Vaşinqton İranın nüvə proqramı ətrafında vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə məşğul deyil və Tehranla razılaşmanı müzakirə etmir”.

Telejurnal xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, hazırda iki dövlət arasında heç bir sövdələşmədən söhbət gedə bilməz:

“Onların (İranın – Qeyd) nüvə ambisiyaları ilə bağlı ABŞ prezidenti Cozef Bayden açıq şəkildə bildirib ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. O, belə bir nəticəyə diplomatik yollarla nail olmağımıza üstünlük verərdi. Amma hazırda bu məsələdə diplomatiyaya fikir verilmir.

Mövcud vəziyyət o demək deyil ki, Bayden problemi diplomatiya yolu ilə həll etmək öhdəliyindən imtina edib. Bununla belə, prezident nüvə silahına malik İranın nəticəsinin mümkün olmadığına əmin olmaq üçün ixtiyarında başqa variantların olmasını istəyir”.

O əlavə edib ki, Vaşinqtonun həqiqətən də Tehranla apardığı danışıqlar sövdələşməyə deyil, İranda saxlanılan Amerika vətəndaşlarına aiddir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…