171 baxış
Bu yazını paylaşın
İctimai

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

26 Avqust 2022

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“TELEJURNAL.AZ” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının II və III turlarında baş vermiş hüquq pozuntuları ilə əlaqədar bəzi qərarlar qəbul olunub.

II turun “Qarabağ”la ev oyununda 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt”a 800 manat cərimə kəsilib.

Turun “Səbail” – “Turan Tovuz” matçında meydana kənar şəxslər daxil olduğu üçün ev sahibi klub 1600 manat ziyana düşüb.

III turun “Neftçi” ilə ev oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” klubu 800 manat cərimələnib. Bu klub həm də meydana kənar şəxslərin daxil olması səbəbindən 1600 manat ödəməli olacaq.

Bu cərimə “Sumqayıt”la və “Qəbələ” ilə qarşılaşmalarda eyni hal baş verdiyi üçün müvafiq olaraq, “Zirə” və “Kəpəz”ə də kəsilib.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqova isə hakimlərin işinə nümayişkaranə müdaxilə etdiyi üçün xəbərdarlıq olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…