29 baxış
Bu yazını paylaşın
İdman

AFFA cəzaları və cərimələri açıqladı

25 May 2023

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

Telejurnal PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 35-ci turundakı matçlarda edilən qayda pozuntuları barədə qərarlar qəbul olunub.

Misli Premyer Liqasının 35-ci turunun “Sabah” – “Zirə” oyunu bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olduğuna görə meydan sahibi klub 800 manat cərimə edilib.

Misli Premyer Liqasının 35-ci turunun “Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra qonaq komandanın meneceri Rasim Ramaldanova verilən birbaşa qırmızı vərəqə qərarı ləğv edilib.

“Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra tribunanın qonaq komandaya aid hissəsindən meydançaya kənar əşya atıldığına görə “Qəbələ”  1600 manat cərimə edilib.

“Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra meydan sahiblərinin futbolçusu Ramil Şeydayev rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyunluq cəzalandırılıb, “Qarabağ” 2400 manat cərimə edilib.

“Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra qonaq komandanın futbolçusu Todor Todoroski rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb, “Sumqayıt” klubu 2400 manat cərimə edilb.

Misli Premyer Liqasının XXXV turunun “Turan Tovuz” – “Səbail” oyununda “Səbail” klubunun futbolçusu Qoba Zakpa qeyri-etik hərəkət etdiyinə görə 3 oyun cəzalandırılıb, klub 1600 manat cərimə edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…