18 baxış
Bu yazını paylaşın
Siyasi

AEBA İranın məxfi nüvə təsisatlarında təhqiqat aparır

31 May 2023

“İranda fəaliyyət göstərən 3 məxfi nüvə təsisatı ilə bağlı təhqiqatlar davam edir”.

Telejurnal” ın ABŞ bürosu xəbər verir ki, bunu Atom Enerji Agentliyi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

R. Qrossi bildirib ki, agentliyin İrandakı nüvə proqramının vəziyyəti ilə bağlı hesabatı yaxın günlərdə dərc olunacaq:

“İranla bir sıra məsələlər üzərində işləyirik. Biz onların bəziləri üzrə irəliləyiş əldə etsək də, bəziləri hələ də sual altındadır. Belə demək mümkünsə, çox mürəkkəb problemlər toplusudur. Üç fərqli yerdə vəziyyətə aydınlıq gətirməliyik.

Bildiyiniz kimi, Tehranda imzaladığımız birgə bəyannaməyə əsasən agentliyin müfəttişlərinin İranda zəruri fəaliyyətlərinin davam etdirməsi ilə bağlı razılıq əldə olunmuşdu. Bura AEBA-nin əlavə monitorinq imkanlarına sahib olmaq məsələsi də daxildir. İrəliləyişlə bağlı suallara aydınlıq gətirməyə çalışacağıq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…