36 baxış
Bu yazını paylaşın
İdman

Adrian Mutunun “Neftçi”yə təyinatı dünya mətbuatında geniş işıqlandırılıb

18 İyul 2023

Rumıniyalı Adrian Mutunun “Neftçi”nin baş məşqçisi postuna təyinatı dünya mətbuatında geniş işıqlandırılıb.

Telejurnal  xəbər verir ki, bir sıra məşhur saytlar – İtaliyanın “Calciomercato”, “Tuttomercatoweb”, Türkiyənin “Fanatik”, “NTV Spor”, “Ajansspor”, Rusiyanın “Sport-express”, “Sovetski sport”, həmçinin, ABŞ, Böyük Britaniya, İspaniya və s. kimi ölkələrin mətbu orqanlarında ötənlərin əfsanəvi futbolçusu ilə bağlı müxtəlif yazılar dərc edilib, bu keçid maraqla qarşılanıb.

Bundan əlavə, “Neftçi”nin Rusiyanın Sankt-Peterburq şəhərindəki toplanışı zamanı İtaliyanın “Fiorentina” klubunun azarkeş qrupu, Moskvada isə “Çelsi” (İngiltərə) fanatları Mutu ilə görüşərək, şəkil çəkdirib, avtoqraf alıblar.

Sankt-Peterburq və Moskvadakı hava limanlarında da 44 yaşlı mütəxəssisə maraq yüksək olub. “Neftçi”nin sosial media səhifələrindəki paylaşımlarına gələn reaksiyalardan da Mutunun komandaya baş məşqçi təyin olunmasının böyük əks-səda doğurduğu görünür.

Qeyd edək ki, Adrian Mutu “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…