19 baxış
Bu yazını paylaşın
İdman

Adrian Mutu: “Spartak”la oyunda nəticə qədər fiziki formamız da əhəmiyyətlidir”

18 İyul 2023

“Spartak”la oyunda nəticə qədər fiziki formamız da bizim üçün əhəmiyyətlidir”.

Telejurnal-ın  məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Rusiyada Moskva “Spartak”ına qarşı keçirəcəkləri yoxlama oyunu barədə “Sport-express”ə açıqlamasında deyib.

44 yaşlı mütəxəssis bu görüşdə taktiki hazırlıqlarını inkişaf etdirmək istədiklərini bildirib.

Rumıniyalı baş məşqçi meydanda olduqları hər dəqiqədən maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb: “Rəqibin bir neçə matçını izləmişəm. Necə oynadıqlarını, hansı potensiala sahib olduqlarını bilirəm. Bu, əla komandadır. Üstəlik, böyük büdcələri var. Amma öz oyunumuzu düşünməliyik. Hələ üzərində işləməli olduğumuz çox şey var. Bizi futbolçularımızın formaya düşməsi maraqlandırır. Yaxşı matç olacaq. Qarşılaşmanın hər dəqiqəsindən ən yaxşı şəkildə yararlanmağa çalışacağıq. Son günlərdə üzərində işlədiyimiz plana saqid qalmağımız vacibdir. Hər şey yaxşı olacaq”.

Qeyd edək ki, bu gün oynanılacaq “Spartak” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…