67 baxış
Bu yazını paylaşın
Siyasi

Adil Əliyev: Prezidentin “El Pais” nəşrinə müsahibəsi hücum diplomatiyamızın ictimai diplomatiya istiqamətində reallaşdırılmasıdır

20 Dekabr 2021

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Brüsselə səfəri zamanı İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibə bir neçə xüsusiyyətinə görə əlamətdar hadisə hesab olunmalıdır.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

Milli Məclis sədrinin müavini qeyd edib: “Birincisi, Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, milli maraqlarımızın fəal müdafiəsi üçün biz hücum diplomatiyası yürütməliyik. Müasir diplomatiyada ictimai diplomatiya adlanan istiqamət bu mənada böyük əhəmiyyət kəsb edir. İctimai diplomatiyanın məğzi ondan ibarətdir ki, onun vasitəsilə ölkənin maraqları xarici auditoriyalara və beynəlxalq ictimaiyyətə effektiv surətdə çatdırılır. Nəticədə xarici ictimai rəydə ölkənin milli maraqları haqqında dürüst fikir yaranır və mahiyyət etibarilə beynəlxalq dəstək əldə edilir. Hazırki şəraitdə Azərbaycanın belə müsbət beynəlxalq ictimai rəyə və dəstəyə xüsusi ehtiyacı var. Bu, Vətən müharibəsində qazanılan Qələbənin nəticələrini beynəlxalq müstəvidə möhkəmləndirmək üçün zəruridir. “El Pais” qəzeti ispan və ingilis dillərində yayımlanan və təkcə İspaniyada deyil, həm də bütün Avropada geniş oxucu kütləsinə malik nəşr olduğu üçün Avropa ictimaiyyətinə çıxış baxımından yaxşı platforma hesab edilir. Prezident İlham Əliyev də bu fürsətdən tam yararlanaraq hücum diplomatiyamızı ictimai diplomatiya müstəvisində növbəti dəfə tətbiq etdi.

İkincisi, bu müsahibə informasiya sahəsində fəaliyyətimizin beynəlxalq istiqamətinə əla töhfədir. Müsahibə zamanı dövlətimizin başçısı Azərbaycan həqiqətlərinin, xüsusən də postmüharibə dövründə yaranmış yeni reallıqların və ölkəmizin mövqeyinin beynəlxalq ictimaiyyətə birbaşa və açıq şəkildə çatdırılmasına nail oldu. Son dövrdə Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insidentlər, sərhədlərin açılması və Ermənistanla böyük sülh sazişinə dair danışıqların başlaması ilə bağlı suallara cavab verərkən Azərbaycanın haqlı mövqeyi ortaya qoyuldu. Prezident İlham Əliyev bir daha sülh mesajı verərək bildirdi ki, “yetərincə müharibə oldu, biz sülh istəyirik”.

Üçüncüsü, “El Pais” nəşrinin Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevdən müsahibə alması Avropada ölkəmizə göstərilən maraq və verilən əhəmiyyətin təzahürüdür. Jurnalist tərəfindən sualların qoyuluşu və ifadə tərzi də həmin maraq və əhəmiyyətdən xəbər verirdi. Xüsusən də Vətən müharibəsində qələbəmizlə nəticələnmiş hərbi strategiyamızın detalları ilə bağlı suallar Azərbaycana Avropada verilən əhəmiyyəti göstərirdi. Jurnalistin İsrail və Türkiyə istehsalı olan PUA-ların Vətən müharibəsində tətbiqi ilə bağlı sualına Prezident İlham Əliyevin verdiyi cavab göstərdi ki, Qələbə təkcə dronların sayəsində deyil, onların digər hərbi texnika ilə koordinasiyalı şəkildə düzgün istifadəsi və mükəmməl hərbi strategiya nəticəsində qazanıldı. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, “motivasiya, ruh yüksəkliyi və cəsarət Qələbəmizin əsas amilləri oldu. Bu, milli ləyaqət və qürur məsələsi idi.

Prezident İlham Əliyev onu da bildirdi ki, Ermənistan “bütün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq bizim torpaqlarda oturmuşdu, torpaqlarımızı dağıdırdılar, iddia edirdilər ki, bu torpaq onlara məxsusdur. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti – onların hamısı bizi dəstəkləyən qətnamələr qəbul etmişdi, lakin onlar, sadəcə, orada oturmuşdular və bəyan edirdilər ki, həmişəlik orada oturacaqlar”.

Beləliklə, dövlətimizin başçısı bu fürsətdən istifadə edərək Avropa ictimaiyyətinin diqqətinə çatdırdı ki, Qələbəmiz Avropa mediasında adətən təqdim edildiyi kimi, təkcə dronların hesabına baş verməmişdir. Daha önəmli amil xalqımızın motivasiyası və ruh yüksəkliyidir ki, bunun da səbəbi Ermənistanın torpaqlarımızı işğal etməsi ilə 30 il ərzində barışmamağımızdır.

https://azertag.az/xeber/Adil_Aliyev_Prezidentin_El_Pais_nesrine_musahibesi_hucum_diplomatiyamizin_ictimai_diplomatiya_istiqametinde_reallasdirilmasidir-1956230

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…