20 baxış
Bu yazını paylaşın
İctimai

Adil Əliyev Naxçıvandakı “N” saylı hərbi hissəni ziyarət etdi

21 May 2023

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissəni ziyarət edib.

 

“Telejurnal” xəbər verir ki, şəxsi heyətin döyüş əhval-ruhiyyəsi və xidmət şəraiti ilə tanış olan vitse-spiker Prezident İlham Əliyevin ordu quruculuğuna ayırdığı yüksək diqqət və qayğı nəticəsində ordumuzun nəinki Cənubi Qafqazın, eləcə də dünyanın ən güclü ordularından biri olmasını qeyd edib.

 

Düşmənin tarixi torpaqlarımızı işğal altında saxlamış olduğu 30 ilə yaxın müddətə toxunan sədr müavini bu müddətdə Ermənistanın sülhdən və danışıqlardan imtina etməsini qeyd edərək, torpaqları dinc yolla qaytarmamasını bildirib.

2020-ci ildə Vətən Müharibəsində Şanlı Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən bəhs edən sədr müavini, ordumuzun bu qələbə ilə qüdrətini bütün dünyaya nümayiş etdirməsini qeyd edib.

Ermənistanın məğlubiyyətlə barışmadığını, hər an təxribat törətməyə cəhd etməsini bildirən Sədr müavini məhz qəhrəmanlarımızın sahəsində düşmənə layiqli cavab verildiyini diqqətə çatdırıb.

 

Görüşdə Milli Məclisin deputatı Cəbi Quliyev də iştirak edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…