179 baxış
Bu yazını paylaşın
Siyasi

Adil Əliyev: Kəlbəcərin azad olunması erməni diasporuna vurulan psixoloji zərbədir.

24 Noyabr 2021

2017-ci ildə Ermənistan onların Vardenis adlandırdıqları tarixi Azərbaycan torpağı olan Basarkeçərdən Kəlbəcərə çəkilən yeni magistral yolun inşasını tamamlayıb istifadəyə verdi. Kəlbəcər yolu İrəvana Laçın yolundan daha yaxın olduğu üçün məsafəni qısaldırdı. Eyni zamanda, Ermənistandan o vaxt işğal altında olan Qarabağa turistlərin gətirilməsi üçün daha əlverişli idi. Həm də Ermənistan ordusunun təchizatı baxımından strateji rol oynayırdı. Məhz bu səbəblərdən xaricdəki erməni diasporu bu yola xüsusi əhəmiyyət vermiş və onun tikintisinə yardım məqsədilə Hayastan fondu tərəfindən ABŞ-da, Los-Ancelesdə 2013-cü il 28 noyabr – Şükranlıq Günündə xeyriyyə telemarafonu təşkil edilmişdi. Amma erməni tərəfi bu yoldan cəmi üç il istifadə edə bildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusu yola nəzarət edən yüksəklikləri tutaraq onun istifadəsini Ermənistan qüvvələri üçün demək olar ki, mümkünsüz etdi. 2020-ci il oktyabrın 8-də Ermənistanın Fövqəladə Hallar Nazirliyi Basarkeçər-Kəlbəcər yolunun bağlandığını rəsmi surətdə etiraf etdi. Nəticədə Ermənistan ordusunun təchizatında ciddi problemlər yarandı və bu amil də bizim qələbəmizə öz töhfəsini verdi. Bu isə o deməkdir ki, Ermənistan Kəlbəcəri üçtərəfli Bəyanata uyğun olaraq təhvil versə də, əslində Azərbaycan ordusu Kəlbəcərin taleyini hərbi-strateji baxımdan Vətən müharibəsinin ilk on günündə həll etmişdi.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

A.Əliyev deyib: “Cari il avqustun 16-da Kəlbəcər rayonuna səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin yolun üstündə avtomobili saxlayaraq qeyd etdi ki, bu yol çox gözəl yoldur və bu yolun özünü də hərbi qənimət hesab etmək olar. Erməni diasporunun vəsaiti hesabına inşa edilmiş bu yolun hərbi qənimət kimi qiymətləndirilməsi onlar üçün həm də sarsıdıcı psixoloji zərbə idi. Çünki işğal zamanı erməni tərəfi həmişə bu yol haqqında fəxrlə danışır, onu sanki işğal edilmiş torpaqların Ermənistana birləşdirilməsinin və Ermənistan Respublikası ilə erməni diasporu arasındakı birliyin rəmzi kimi təqdim etməyə çalışırdılar. Amma ermənilərin məğlubedilməzliyi barədə yaradılmış mif Azərbaycan ordusu tərəfindən darmadağın edildiyi kimi bu yolun ətrafında qurulmuş süni hekayənin taleyi də puç oldu”.

Milli Məclis sədrinin müavini qeyd edib ki, Ermənistanın və erməni diasporunun puç olmuş hekayəsinin əvəzində Azərbaycan yeni bir reallıq yaratdı. Bu yeni reallığın ən əlamətdar təzahürlərindən biri Prezident İlham Əliyevin təməlini qoyduğu, Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək 81 kilometrlik Toğana-Kəlbəcər avtomobil yolu və onun üzərində Murovdağda inşa ediləcək 11,6 kilometrlik tuneldir. Hətta Sovet dövrünün ən çiçəklənən vaxtında belə, bu cür çətin coğrafi relyefdə tunel çəkmək mümkün olmayıb. Bu gün isə Azərbaycan özü bu yolu və tuneli inşa edir. Bu, bir daha sübut edir ki, güclü Azərbaycan miskin Ermənistanın əksinə olaraq daş sökməyə, ev yandırmağa deyil, qurmağa, yaratmağa, Kəlbəcəri və bütün işğaldan azad edilmiş ərazilərimizi çiçəklənmiş diyara çevirmək üçün qayıdıb.

https://azertag.az/xeber/Adil_Aliyev_Kelbecerin_azad_olunmasi_ermeni_diasporuna_vurulan_psixoloji_zerbedir-1934090

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…