45 baxış
Bu yazını paylaşın
İqtisadi

ADB: “Azərbaycanda faktorinq bazarının həcmi 1,7 milyard dollara çata bilər”

03 İyul 2023

Yaxın 3-5 il ərzində Azərbaycanda faktorinq bazarının həcmi 1,7 milyard ABŞ dollarına çata bilər.

Telejurnal  xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında bildirilir.

Sənədə əsasən, 2022-ci ildə ölkədə 69,9 milyon dollarlıq faktorinq ödənişləri həyata keçirilib.

“Azərbaycanda faktorinq xidmətləri bazarı məhduddur, ölkədəki yalnız bir neçə bank və bank olmayan maliyyə qurum bu xidmətləri təklif edir. Beynəlxalq Maliyyə İnstututunun (İFC) dəstəklədiyi Azərbaycan Maliyyə Məsləhət Xidmətləri proqramı kiçik bizneslərin girov qoyduğu aktivləri izləmək üçün elektron daşınar girov reyestrinin yaradılmasını və kreditorların bu bizneslərə kredit verərkən inamın artırılmasını nəzərdə tutur”- deyə ADB bəyan edib.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda faktorinq ödənişlərinin həcmi 110 milyon avro təşkil etmişdi.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…