57 baxış
Bu yazını paylaşın
İqtisadi

Abşeron yarımadasının dayazsulu hissəsində ikinci kəşfiyyat quyusunun qazılmasına başlanılıb

22 Dekabr 2021

“Satti” özüqalxan qazma qurğusu ikinci geoloji-kəşfiyyat quyusunu qazmaq üçün Bibiheybət perspektiv sahəsinə keçirilib.

‘TELEJURNAL’ Abşeron yarımadasının dayazsulu hissəsi (SWAP) layihəsinin operatoru olan BP şirkətindən AZƏRTAC-a verilən məlumata əsasən xəbər verir ki, qazma qurğusunun bundan əvvəl qazma əməliyyatları həyata keçirdiyi Şimal Xali sahəsindəki ilk kəşfiyyat quyusu ilkin layihə və plana uyğun olaraq bağlanıb.

İkinci quyunun qazma əməliyyatları dekabrın 11-də başlanıb və təqribən dörd aya bitməsi planlaşdırılır. Bundan sonra əgər qiymətləndirmə işləri aparmaq lazım gələrsə, kollektor haqqında əlavə məlumat toplamaq üçün qazma əməliyyatlarının daha bir ay davam edəcəyi də gözlənilir.

İkinci kəşfiyyat quyusunun qazma işləri Abşeron yarımadasının dayazsulu hissəsi üzrə müqavilə sahəsinin qərb perspektiv hissəsində sahildən təqribən 1,5 kilometr aralı suyun dərinliyi təqribən 7 metrə çatan ərazidə həyata keçirilir. Quyunun ümumi dərinliyinin 4400 metrə çatacağı planlaşdırılır.

Qeyd edək ki, BP Abşeron yarımadasının dayazsulu hissəsi layihəsinin operatordur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 25 faiz iştirak payına malikdir. Digər tərəfdaşlar SOCAR (50 faiz) və “LukOİL” şirkətidir (25 faiz).

https://azertag.az/xeber/Abseron_yarimadasinin_dayazsulu_hissesinde_ikinci_kesfiyyat_quyusunun_qazilmasina_baslanilib-1958132

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…