191 baxış
Bu yazını paylaşın
İqtisadi

Abşeron rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşlər keçirilib

12 Yanvar 2022

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Abşeron rayonunda fəaliyyət göstərən qadın sahibkarlar və istixana təsərrüfatı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüşlər keçirilib.

“TELEJURNAL” AZƏRTAC-a istinadan xəbər verir ki, 30-a yaxın sahibkarlıq subyektinin iştirakı ilə təşkil olunmuş görüşlərdə agentliyin, Sahibkarlığın İnkişafı Fondunun, Qida Təhlükəsizliyi Agentliyinin, “Azəriqaz” İB-nin, “Azərişıq” ASC-nin, Abşeron KOB İnkişaf Mərkəzinin (KOBİM) və “Kapital Bank” ASC-nin nümayəndələri iştirak ediblər. Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş görüşlərdə müvafiq olaraq istixana şəraitində becərilən məhsulların əkilməsi qaydaları və saxlanılması, maliyyə resurslarına çıxış, kadr potensialının gücləndirilməsi və digər məsələlər müzakirə olunub. Görüşlərdə, həmçinin sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…