24 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ yaxın günlərdə Ukraynaya yeni yardım elan edəcək

25 İyul 2023

Amerika Birləşmiş Ştatları (ABŞ) yaxın günlərdə növbəti hərbi yardım paketinin bir hissəsi kimi Ukraynaya yeni silahların veriləcəyini elan edəcək.

TELEJURNAL  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə deyib.

O, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu hər hansı şəkildə şərh etməkdən imtina edib. Metyu Miller qeyd edib ki, bu vəzifə “Ukrayna hərbçilərinə həvalə edilməlidir”.

“Bizim nöqteyi-nəzərimizə görə, Ukrayna bu əks-hücum əməliyyatını həyata keçirmək üçün lazım olan hər şeyə malikdir. Biz, o cümlədən Avropadakı və dünyadakı müttəfiqlərimiz, tərəfdaşlarımız onu böyük miqdarda hərbi texnika ilə təmin etmişik. Bunu davam etdirəcəyik, ona görə də yaxın günlərdə daha çox hərbi yardım elanlarını gözləmək olar”, – Miller vurğulayıb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar digər NATO ölkələri ilə birlikdə Ukraynanın əks-hücumunu dəstəkləmək üçün “möhkəm dayanmağa” davam edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…