193 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ və Fransa Azərbaycan ilə Ermənistan arasında dialoqun davam etdirilməsini alqışlayır

02 Dekabr 2021

ABŞ və Fransa Azərbaycan ilə Ermənistan arasında dialoqun davam etdirilməsini alqışlayır.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken və Fransanın Fransa Xarici ticarət və iqtisadiyyat naziri Frank Riester İsveçin paytaxtı Stokholmda keçirilən ATƏT Nazirlər Şurasının iclasında bildirib.

ABŞ dövlət katibinin sözlərinə görə, müharibədən sonra Ermənistan ilə Azərbaycan arasında birbaşa dialoqun bərpası vacibdir.

Entoni Blinken, habelə hər iki ölkəni sərhədlərin delimitasiya və demarkasiyası işlərinə başlamağa, iqtisadi əlaqələr qurmağa və nəqliyyat kommunikasiyalarını bərpa etməyə çağırıb.

Eyni zamanda, Frank Riester Ermənistan ilə Azərbaycan arasında mövcud problemlərin həlli üçün danışığların aparılmasının və ATƏT-in mövcud institutlarının prosesdə iştirakının əhəmiyyətini vurğulayıb.

https://azertag.az/xeber/ABS_ve_Fransa_Azerbaycan_ile_Ermenistan_arasinda_dialoqun_davam_etdirilmesini_alqislayir-1941250

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…