31 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ: Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh danışıqları planlandığı üzrə davam edir

28 İyun 2023

“Bu gün və sabah Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh danışıqları planlaşdırıldığı üzrə davam edəcək, danışıqlara ev sahibliyi etməkdən çox şadıq”.

Telejurnal xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel jurnalistlərə açıqlamasında deyib.

“Birbaşa dialoq problemlərin həlli və bölgədə davamlı və layiqli sülhə nail olmaq üçün açardır. ABŞ bu məqsədə çatmaqda tərəflərə yardım etməyə sadiqdir və dövlət katibi Antoni Blinken sülh prosesində birbaşa iştirak edir. Bildiyiniz kimi, dünən ABŞ dövlət katibi A.Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə həm ikitərəfli, həm də üçtərəfli şəkildə görüşmək imkanı olub. Xarici işlər nazirləri ilə dünənki görüşlər konstruktiv keçib. Biz müzakirələri bu gün və sabah davam etdirəcəyik. Cədvəldə heç bir dəyişiklik olmayacaq”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edir. Danışıqlar iyunun 29-dək davam edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…