22 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ Ukraynaya və qonşularına 2 milyard dollarlıq hərbi yardım ayıracaq

08 Sentyabr 2022

ABŞ Ukrayna və qonşuluğundakı dövlətlərə 2 milyard dollardan çox hərbi yardım paketi ayıracaq.

“TELEJURNAL.AZ” “Associated press”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

Məlumata görə, o, Ukraynanın dövlət məmurları ilə görüşdə deyib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası Ukraynaya və onun 18 qonşusuna, o cümlədən NATO ölkələri və regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşlarına uzunmüddətli hərbi yardım təqdim edilməsi haqqında konqresə müraciət edib.

Bildirilib ki, xarici dövlətlərə hərbi maliyyə yardım proqarmı çərçivəsində Ukraynaya bir milyard dollar ayrılacaq. Digər 1 milyard dollar vəsait qalanı isə Albaniya, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Gürcüstan, Yunanıstan, Kosovo, Latviya, Litva, Moldova, Monteneqro, Şimali Makedoniya, Poşa, Rumıniya, Slovakiya və Sloveniya arasında bölüşdürüləcək.

Qeyd edək ki, Entoni Blinken sentyabrın 8-də elan edilmədən Kiyevə səfər edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…