41 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ Ukraynaya 4,5 milyard dollarlıq yeni maliyyə paketi təqdim edib

23 Noyabr 2022

ABŞ Ukraynaya 4,5 milyard dollarlıq yeni maliyyə paketi təqdim edib.

TELEJURNAL Ukrayna KİV-nə istinadla xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

“Bu gün Birləşmiş Ştatlar əlavə 4,5 milyard dollarlıq birbaşa büdcə dəstəyi qrantlarını səfərbər edib. Bu vəsaitlər yaxın həftələrdə verilməyə başlayacaq və Ukrayna hökumətinə iqtisadi sabitliyi gücləndirməklə və əsas dövlət xidmətlərini dəstəkləməklə Rusiyanın qeyri-qanuni müharibəsindən müdafiə etməyə kömək edəcək”, – deyə C.Yellen deyib.

Nazir bildirib ki, vəsait xəstəxana işçilərinin, dövlət qulluqçularının və müəllimlərin maaşlarına, həmçinin pensiyalara yönəldiləcək.

ABŞ maliyyə nazirinin sözlərinə görə, yeni yardım paketi Ukraynanın ümumi birbaşa büdcə dəstəyini 13 milyard dollara çatdıracaq.

C.Yellen vurğulayıb ki, biz digər donorları Ukraynaya yardımlarını artırmağa və sürətləndirməyə təşviq edirik.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…