20 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ strateji ehtiyatlardan neft satışını dayandırmağı planlaşdırır.

27 İyul 2022

ABŞ administrasiyası bu ilin sentyabrından etibarən strateji ehtiyatlardan neft satışını dayandırmağı planlaşdırır.

TELEJURNAL. az Report-a  istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Brayan Diz bildirib.

“Bizə özəl sektorun hasilatı təmin etməsi lazımdır. Bizim bu resursumuz var və o, çox vacib rola malikdir, lakin o, daimi həll yolu kimi nəzərdə tutulmayıb”, – o deyib.

Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri xatırladıb ki, Prezident Cozef Baydenin mart ayında imzaladığı sərəncamla Energetika Nazirliyi ölkədə benzin qiymətlərini endirmək məqsədilə 180 gün ərzində gündəlik 1 milyon barel neft satışı həyata keçirməlidir.

Xatırladaq ki, iyun ayında ABŞ-da benzinin qiyməti tarixi maksimumları yeniləyib və 1 qallon (3,785 litr) üçün 4,81 dollar təşkil edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…