73 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ strateji bombardmançı təyyarələrini Yaxın Şərqə göndərib

22 Noyabr 2020
ABŞ strateji bombardmançı təyyarələrini Yaxın Şərqə göndərib

ABŞ şənbə günü (21 noyabr – Red) B-52H strateji bombardmançılarını Yaxın Şərqə yerləşdirib.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı yayıb.

Qeyd olunub ki, Şimali Dakotadakı Maino Hava Qüvvələri Bazasında yerləşdirilən “B-52H Stratofortress” ekipajları təcavüzkarlığı dayandırmaq, eyni zamanda ABŞ-ın tərəfdaşlarına və müttəfiqlərinə dəstəyini təsdiqləmək üçün 21 noyabrda qısa müddətdə Yaxın Şərqə uçub.

Komandanlığa görə uçuş fasiləsiz olub və Amerika Hərbi Hava Qüvvələrinin öz qüvvələrini dünyanın istənilən nöqtəsinə sürətlə köçürmək və əməliyyatların gedişatına inteqrasiya etmə qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…