46 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ səfiri: Azərbaycanda məcburi köçkün icmasına sərmayə qoyuruq və onları dəstəkləyirik

20 İyun 2022

Bakı, 20 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer Ümümdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb.

bəyanatda deyilir: “Tarixdə ilk dəfə olaraq, münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən qaçmağa məcbur qalan insanların sayı son zamanlarda 100 milyonu ötüb. Bu say dünya əhalisinin 1 faizdən çoxunu təşkil edir. Təkcə bu il, Ukraynada müharibə səkkiz milyon insanın ölkədən didərgin düşməsinə və 6.8 milyondan artıq insanın qaçqın kimi ölkəni tərk etməsinə səbəb olub.

Çoxları Azərbaycanda münaqişə zəminində insanların üzləşdiyi əziyyəti və məcburi köçkünlər icmasının məruz qaldığı çətinlikləri yaxşı bilirlər.

Amerika Birləşmiş Ştatları bütün dünyada yardıma ehtiyacı olan insanlara, o cümlədən qaçqınlara, münaqişə qurbanlarına, məcburi köçkünlərə, vətəndaşlığı olmayan şəxslərə və həssas miqrantlara ən çox humanitar yardım göstərən yeganə ölkədir. Bundan əlavə, Amerika Birləşmiş Ştatları 1975-ci ildən etibarən, ölkədaxili icmalarda 3.5 milyondan çox qaçqını qəbul edən dünya lideridir.

Burada, Azərbaycanda, biz məcburi köçkün icmasına sərmayə qoyuruq və onları dəstəkləyirik. On ildən artıqdır ki, biz ingilis dili proqramları, eləcə də, USAID-in inkişaf tədbirləri vasitəsilə məcburi köçkün icmasına sərmayə qoymuşuq. Köçürülmə işləri davam etdikcə biz bu icmanı dəstəkləməyə davam edirik və bu iş daha da vacibdir.

Birləşmiş Ştatlar məcburi köçkünlər və qaçqınlar da daxil olmaqla bütün köçkünlərin bütün dünyada könüllü olaraq keçmiş yaşayış yerlərinə qayıtmaq hüquqlarını dəstəkləyir. ABŞ 1992-ci ildən bəri Azərbaycanda məcburi köçkünlərə 125 milyon dollardan çox yardım edib və bu icmaya dəstək vermək öhdəliyinə sadiq qalır. Uşaqlar üçün olan bu ünvanlı yardıma məktəblərin tikilməsi və təmiri, gənclərin inkişafı proqramları və məcburi köçkün icmalarına ingilis dili proqramları daxildir. Bundan əlavə, Birləşmiş Ştatlar Azərbaycanın insan təhlükəsizliyini gücləndirmək və məcburi köçkün icmalarına öz evlərinə qayıtmaq və həyatlarını təhlükəsiz şəkildə bərpa etmək səylərinə kömək üçün Azərbaycana humanitar minatəmizləmə yardımı göstərir.

Keçən payızda Gəncədə olarkən mən səfirliyin dəstəyi ilə Amerika guşəsində ingilis dilini öyrənən gənc məcburi köçkün tələbələrin ilhamverici qrupu ilə görüşdüm. Bu gün, Ümumdünya Qaçqınlar Günündə mən onları və onların gələcəyini düşünürəm. Ümid edirəm ki, biz hamımız qaçqınların, məcburi köçkünlərin, münaqişə və fəlakətdən zərər çəkmiş icmaların müdafiəsi və yardımı üçün müdafiəni davam etdirə bilərik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…