26 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etmək niyyətində deyil.

20 İyul 2022

ABŞ administrasiyası Rusiya tərəfi beynəlxalq normaları pozduğu müddətcə rəsmi Moskvaya ixrac məhdudiyyətlərini saxlamaq niyyətindədir.

TELEJURNAL. az Report-a istinadla xəbər verir ki, bunu ABŞ-ın ticarət nazirinin sənaye və təhlükəsizlik üzrə müavini Alan Estevez Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Rusiya beynəlxalq normaları pozduqca, biz ixrac məhdudiyyətləri ilə bağlı bu ölkəyə qarşı sanksiyaları davam etdirəcəyik”, – deyə o bildirib.

Estevez qeyd edib ki, ABŞ administrasiyasının sanksiyaların ləğvi və Rusiya ilə normal ticarət əlaqələrinin bərpasını müzakirə edib-etməməsi barədə məlumatı yoxdur.

“Mən ABŞ prezidenti Cozef Baydenlə danışmamışam və bununla bağlı Rusiya ilə aparacağımız hər hansı müzakirələrdən xəbərim yoxdur”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…