30 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ nüvə sualtı qayığı Cənubi Koreyaya ərazisinə daxil olacaq

03 May 2023

Ohayo sinfinə aid nüvə sualtı qayığı Cənubi Koreya sularına daxil olacaq.

TELEJURNAL  xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirilən növbəti brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

“Mən əvvəlcədən hər hansı yerləşdirmə tarixini açıqlamayıram. Bu, Ohayo sinifli SSBN (nüvə enerjili ballistik raket sualtı qayığı) olacaq. Ancaq bunu deyə bilərəm”, – deyə o qeyd edib.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi sualtı qayığın nüvə silahı daşıyacağı ilə bağlı suala cavab verməkdən yayınıb. “Mən konkret yüklə bağlı təfərrüatlara girmək fikrində deyiləm. Hazırda verə biləcəyim məlumat bundan ibarətdir”, – deyə əlavə edib.

Aprelin 26-da Vaşinqtonda keçirilən sammitin ardınca Cənubi Koreya dövlət başçısı Yun Seok-yeol və ABŞ prezidenti Co Bayden bəyannamə qəbul etdilər. Bu sənədlə Seul nüvə silahının yayılmaması prinsiplərinə sadiqliyini təsdiqləyir. Birləşmiş Ştatlar müttəfiqi ilə strateji və nüvə planlaşdırması ilə bağlı məlumat mübadiləsinə söz verib. Bundan əlavə, ABŞ nüvə sualtı qayıqlarının göndərilməsi də daxil olmaqla, Koreya yarımadasının cənubunda strateji silahlarının görünmə tezliyini artırmaq niyyətini açıqlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…