19 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ Nümayəndələr Palatası qanunvericilərin evlərinin təhlükəsizliyi sistemlərinin genişləndirilməsi üçün on minlərlə dollar vəsait ayıracaq.

27 İyul 2022

ABŞ Nümayəndələr Palatasının pristavı gələn aydan etibarən qanunvericilərin iqamətgahlarında təhlükəsizliyi təmin edilməsi üçün avadanlıq quraşdırılması və onlara texniki xidmətlə bağlı xərcləri ödəyəcək.

TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, bununla əlaqədar Nümayəndələr Palatasının bütün üzvlərinə və onların əməkdaşlarına xidməti məlumat göndərilib. Məlumatda göstərilir ki, avqustun 15-də hökumət təhlükəsizlik və monitorinq sisteminin yenilənməsi üçün 10 min dollara qədər vəsait ayıracaq.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə qərar keçən il Kapitoliyə hücumdan və bu yaxınlarda Nümayəndələr Palatasının Nyu-Yorkdan olan üzvü, Respublikaçılar partiyasından bu ştatın qubernatoru vəzifəsinə namizəd Li Zeldinin seçkiqabağı tədbirlərindən birində ona hücum cəhdindən sonra qəbul edilib. Hakimiyyət orqanları bildirirlər ki, şübhəli şəxs səhnəyə çıxıb və Zeldini silahla vurmağa cəhd göstərib.

Xidməti məlumatda göstərilir ki, təhlükəsizlik sistemlərinin yenilənməsi başa çatdırılandan sonra Nümayəndələr Palatasının pristavı və Nümayəndələr Palatasının protokol şöbəsinin rəhbəri hər bir qanunvericiyə görə monitorinq və texniki xidmət xərcləri kimi ayda 150 dollara qədər ödəyəcəklər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…