39 baxış
Bu yazını paylaşın
Siyasi

ABŞ nəşri: “Azərbaycan Ordusu Ermənistanın hərbi texnikasını darmadağın etdi”

23 Mart 2022

“Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi texnikasını darmadağın etdi”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bu fikirlər ABŞ-ın “Vice.com” saytında dərc olunan məqalədə əksini tapıb.

Müəllif Mettey Qaltın “Vurulmuş tanklar Rusiyanın hərbi uğursuzluqlarının simvoludur” sərlövhəli məqaləsi Rusiya-Ukrayna müharibəsinə həsr olunub. Lakin müəllif döyüşlər barədə təhlil aparan zaman Azərbaycan Ordusunun II Qarabağ müharibəsindəki peşəkarlığına xüsusi diqqət ayırıb.

Məqalədə vurğulanıb ki, Ukrayna Azərbaycanın Qarabağ müharibəsində istifadə etdiyi silahlara malikdir.

“O vaxt hazırda Ukraynanın əlində olan silahlardan da istifadə olunurdu. Çox güman ki, ruslar məhz həmin hadisədən sonra tanklarında sipərdən istifadə etməyə başladılar. Bu gün Rusiyanın minlərlə tankı var. Amma onlar zəifdir, tez sıradan çıxır. 2021-ci ilin noyabrında bir rus tankının palçıqdan çıxa bilmədiyini əks etdirən video yayılmışdı. Rusiyanın bu müharibədə nə qədər tank itirdiyini dəqiq hesablamaq çətindir. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə bu material hazırlanana qədər Rusiya təxminən 1 500 zirehli texnika itirib. Müstəqil ekspertlər isə bu rəqəmin 800-ə yaxın olduğunu düşünürlər”, – müəllif vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…