23 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ müstəqilliyinin 247-ci ildönümü atəşfəşanlıqla qeyd edilib

05 İyul 2023

Amerika Birləşmiş Ştatlarının əsas milli bayramı olan 4 iyul Müstəqillik Günü atəşfəşanlıqla qeyd olunub.

Telejurnal xəbər verir ki, ölkənin müstəqilliyinin 247-ci illiyi münasibəti ilə Nyu-Yorkun Şərq çayının üzərində atəşfəşanlıq şousu təşkil olunub. Milyonlarla insan ənənəvi atəşfəşanlıq şousunu izləmək üçün şəhərin meydan və küçələrinə axın ediblər.

Nyu-York polisi insanların təhlükəsizliyini təmin etmək üçün bir çox mərkəzi meydan və küçələrdə nəqliyyatın hərəkətini məhdudlaşdırılıb.

Atəşfəşanlıq şousunda 60 mindən çox mərmi partladılıb. İyirmi beş dəqiqə davam edən nümayiş zamanı al-əlvan işıqlar Nyu-Yorkun səmalarını aydınladıb. Unikal atəşfəşanlıq şousu yerli mediada canlı olaraq yayımlanıb.

Qeyd edək ki, 1776-cı il iyulun 4-də İkinci Kontinental Konqres Şimali Amerika koloniyalarının Böyük Britaniyadan ayrılmasını bəyan edən Müstəqillik Bəyannaməsini yekdilliklə qəbul edib. Amerikalıların əksəriyyəti bu bayramı sadəcə onun tarixinə görə “Dörd iyul” adlandırırlar.

Adətən bu bayram atəşfəşanlıq, parad, karnaval, yarmarka, konsertlər, beysbol oyunları, ailəvi görüşlər keçirilməklə, barbekyü bişirməklə, siyasətçilərin xalqa müraciətləri ilə, mərasimlərlə, həmçinin Birləşmiş Ştatlar üçün ənənəvi olan ictimai və özəl tədbirlərlə təşkil edilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…