23 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ meymunçiçəyi testinin miqyasını genişləndirir

24 İyun 2022

Bakı, 23 iyun,TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Birləşmiş Ştatların hakimiyyət orqanları meymunçiçəyinə yoluxma hallarının müəyyən edilməsi üzrə testlərin miqyasını artırır. Bu məqsədlə beş kommersiya laboratoriyasına test verilməsi planlaşdırılır.

ABŞ telekanalları xəbər verir ki, Səhiyyə və Sosial Xidmətlər Departamenti meymunçiçəyi testlərinin miqyasını və əlçatanlığını artırmaq üçün xəstəliklərə nəzarət və onların qarşısının alınması üzrə federal mərkəzlər vasitəsilə kommersiya laboratoriyasına test göndərməyə başlayıb.

Səhiyyə müəssisələri iyul ayından etibarən bu laboratoriyalara müraciət edə biləcək. Hazırda ABŞ-da test miqyasının yetərsiz olması səbəbindən hakimiyyət orqanları meymunçiçəyi xəstəliyinin miqyası ilə bağlı dəqiq bilgiyə malik deyil. Son məlumata görə, indiyə qədər ölkədə infeksiyaya 156 təsdiqlənmiş yoluxma halı aşkarlanıb.

Adətən Afrikada rast gəlinən meymunçiçəyi infeksiyası hazırda Avropa və Şimali Amerika ölkələrində də müşahidə olunur.

Meymunçiçəyi nadir virus infeksiyasıdır. Xəstəlik çox vaxt yüngül keçir və yoluxanların əksəriyyəti bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda ağırlaşmalar da baş verir. Yüksək hərarət, baş və bel ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və əzginlik xəstəliyin ilk simptomlarıdır. Əvvəlcə üzdə, sonra isə bədənin digər hissələrində səpmələr əmələ gəlir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…