18 baxış
Bu yazını paylaşın
Dünya

ABŞ Konqresinin Nümayəndələr Palatası İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib.

19 İyul 2022

ABŞ Konqresinin Nümayəndələr Palatası bazar ertəsi günü Finlandiya və İsveçin NATO-ya üzvlüyünü dəstəkləyən qətnamə qəbul edib.

TELEJURNAL. az AZƏRTAC -a  istinadla xəbər verir ki, qətnamənin lehinə 394 deputat səs verib, 18 nəfər (respublikaçılar) isə əleyhinə çıxıb.

Sənəddə Finlandiya və İsveçin NATO-ya daxil olmaq barədə qərarına dəstək ifadə olunub və Şimali Atlantika Alyansına üzv dövlətlər bu ölkələrin üzvlüklə bağlı müraciətlərini rəsmən dəstəkləməyə çağırılıb.

NATO dövlətlərinin hər biri üzvlük protokollarını ratifikasiya etdikdən sonra Finlandiya və İsveç rəsmi şəkildə NATO-ya daxil ola biləcək. Alyansın baş katibi Yens Stoltenberq bu prosesin bir neçə ay çəkəcəyini deyib.

Qeyd edək ki, Finlandiya və İsveç mayın 18-də NATO-ya üzvlük üçün alyansa rəsmi müraciət ediblər. Türkiyə əvvəlcə bu məsələ ilə bağlı müzakirələri bloklasa da, sonradan etirazını geri götürüb. İyunun 29-da NATO rəhbərliyi Finlandiya və İsveçi alyansa dəvət etmək qərarına gəlib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…